Ermənilər min hoqqadan çıxır, amma xeyri yoxdur… Paşinyan deyir ki, Qarabağ Azərbaycanındır! Amma de-yure və hazırda həm də de-fakto Azərbaycanın olan Qarabağa isə kefləri istədiyi kimi gəlib-getməyi, humanitar yük adı altında yük daşımağı istəyirlər. Azərbaycan isə öz ərazisində hoqqabazlığı istəmir… Bu gün Azərbaycanın Dövlət Sərhəd Xidməti də “Təzadlar”a göndərilən rəsmi xəbərdarlığında bu təxribata görə bütün məsuliyyətin Ermənistanın üzərində qalacağını bildirib. Rusiya sülhməramlı adlanan hərbçiləri isə bu təxribatçılara aydınca dəstək verir. Məqsəd nədir, onsuz da hamıya bəllidir!
Bu dəqiqələrdə isə 400 tonluq humanitar yardım olan avtomobillər İrəvandan Laçın keçid məntəqəsinə doğru hərəkət edir… Azərbaycan isə bu yoldan belə müəmmalı yükün keçidinə icazə verilməyəcəyini bildirib və Ağdam-Xankəndi yolunu təklif edib. Qarabağ erməniləri də bu təklifi dəstəkləyib. Amma və lakin… Ermənilər təsadüfənmi yüklərin keçirilməsinə kömək edilməsi üçün Rusiya sülhməramlılarına müraciət ediblər, söyləmək çətindir. Amma həm də bəllidir ki, burda urus barmağı var. İvan da, Aşot da… başa düşməlidir ki, ərazi Azərbaycanındırsa, Azərbaycan bilər onun ərazisinə yük hardan və hansı növdə gətirilə bilər. Ermənistan öz ərazisində belə hallara yol verərmi???
Asif MERZİLİ