AZƏRBAYCAN ORDUSU ERMƏNİ QULDURLARININ BAZALARINI BELƏ MƏHV ETDİ- VİDEO

04 Ağustos 2022 0

Ermənistanın hərbi-siyasi rəhbərliyinin əməllərinin nəticəsidir ki, Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı keçirdiyi antiterror əməliyyatı baş verdi…

Və nəticəsində terrorçulara məxsus hərbi avtomobil və komanda bazası, sursatlar və s. məhv edilib. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi dünən məlumat və görüntülər yayıb. Məlumatda qeyd olunur ki, Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları (PUA) Sarıbaba yüksəkliyi yaxınlığında erməni silahlılarına zərbə endirib. Bundan başqa daha bir əməliyyatla, qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus şəxsi heyətlə dolu sığınacaq vurulub. Əməliyyat zamanı erməni silahlı dəstələrinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Həmçinin Azərbaycan ordusu Laçında anti-terror əməliyyatı keçirib, rayonun Sarıbaba, Əvəşti, Narinçilar kəndləri, Turşsu kəndi ətrafında Yumrudaş, Qovşaq qayalıqları şanlı ordumuzun nəzarətinə keçdi.

A.Məmmədli

reklam
BENZER KONULAR
reklam
EĞİTİM-KÜLTÜR
reklam